“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur
İnfrastruktur
15 Mart , 2018 09:51
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. 

“Report” quruma istinadən xəbər verir ki, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonlar qoşulur.

“Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”, - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi