“Azərbaycan Dəmir Yolları” gələn aydan Bakıdan-Vyanaya sərnişin qatarının işləyəcəyi ilə bağlı xəbərə münasibət bildirib - ƏLAVƏ OLUNUB

“Azərbaycan Dəmir Yolları” gələn aydan Bakıdan-Vyanaya sərnişin qatarının işləyəcəyi ilə bağlı xəbərə münasibət bildirib - ƏLAVƏ OLUNUB "Bu məlumat həqiqətə uyğun deyil"
İnfrastruktur
362
30 Aprel , 2018 16:08
“Azərbaycan Dəmir Yolları” gələn aydan Bakıdan-Vyanaya sərnişin qatarının işləyəcəyi ilə bağlı xəbərə münasibət bildirib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:00-da verilib

Bakı. 30 aprel. REPORT.AZ/ Gələn aydan Bakı - Tbilisi - İstanbul - Aleksandrupolis - Vyana marşrutu üzrə sərnişin qatarı işləyəcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan bu dəmir yolu reysinin reallaşdırılması üçün İsveçrənin "Stadler" şirkətindən 64 vaqon alıb. 

Vaqonlarda hər cür şəraitin yaradıldığı, qatarlarda restoran və bar üçün ayrıca vaqonların olacağı bildirilir. 

***

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil: "Rusiya və Gürcüstan mətbuatının yazdığı kimi Azərbaycandan Avropaya dəmir yolu reysi hələ ki, gündəmdə deyil". 

Son xəbərlər

Orphus sistemi