"Azərbaycan Dəmir Yolları" bu il azı 7 milyon sərnişin daşıyacaq

"Azərbaycan Dəmir Yolları" bu il azı 7 milyon sərnişin daşıyacaq "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin sonuna qədər 2023-cü ilin 7 milyonuncu sərnişinini daşımağı planlaşdırır.
İnfrastruktur
15 Dekabr , 2023 12:43
Azərbaycan Dəmir Yolları bu il azı 7 milyon sərnişin daşıyacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin sonuna qədər 2023-cü ilin 7 milyonuncu sərnişinini daşımağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.

"Bu, ADY-nin tarixində rekord göstəricidir. Bakı dairəvi dəmir yolu xəttinə buraxılan yeni qatarlar sayəsində gündəlik sərnişin daşınması 30 min nəfəri keçib", - deyə o qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda dəmir yolu ilə 5 milyon 136,5 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 81,8 % çoxdur.

Son xəbərlər

Orphus sistemi