"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarının sərnişinlərinə müraciət edib

"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarının sərnişinlərinə müraciət edib Bakı. 28 iyun. REPORT.AZ/ Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
İnfrastruktur
28 İyun , 2018 12:24
Azərbaycan Dəmir Yolları Bakı-Sumqayıt qatarının sərnişinlərinə müraciət edib
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişinlərə müraciətində bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

Son xəbərlər

Orphus sistemi