2021-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri 2 899 776 manatlıq “Fərqlənmə nişanı” alıb.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Məlumata görə, 2022-ci ilin 4 ayı üzrə isə sözügedən məbləğ 1 269 920 manat təşkil edib.
Xatırladaq ki, Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, daşıyıcılar sadələşdirilmiş vergi ödəyiciləridir. Bu vergi fərqlənmə nişanları vasitəsilə ödənilir.
Ötən il DANX-a məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC isə dövlət büdcəsinə 1 404 723 manat ödəniş edib.