Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan İsveçrənin "Stadler Rail Group" şirkətindən daha 5 ədəd elektrik qatarı ala bilər.
"Report" xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri və sahibi Peter Şpuler məlumat verib.
O Azərbaycanın 3 qatar aldığını, 2 qatarın isə artıq göndərilmək üzrə olduğunu bildirib:
"Üç qatar artıq Azərbaycandadır, daha ikisi göndərilməyə hazır vəziyyətdədir. Həmçinin daha 5 qatarın Azərbaycana satılma ehtimalı var", - deyə o əlavə edib.