Azərbaycan coğrafi göstəricilər üzrə Gürcüstan təcrübəsini öyrənir

Azərbaycan coğrafi göstəricilər üzrə Gürcüstan təcrübəsini öyrənir Azərbaycanın İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri Gürüstana tanışlıq xarakterli səfər ediblər.
İnfrastruktur
1 Noyabr , 2021 15:17
Azərbaycan coğrafi göstəricilər üzrə Gürcüstan təcrübəsini öyrənir

Azərbaycanın İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri Gürüstana tanışlıq xarakterli səfər ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzindən (“Sakpatenti”) bildirilib.

Nümayəndə heyəti Mərkəzdə Gürcüstanın coğrafi göstəricilər və mənşə adları üzrə təcrübəsi ilə tanış olub. Qonaqlara coğrafi göstəricilərin qeydiyyatı prosesi və xüsusi xüsusiyyətlərə malik məhsulun cavab verməli olduğu kriteriyalar barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə Gürcüstanın “Mənşə adları və coğrafi göstəricilər haqqında” Qanunu ilə müəyyən edilmiş əsas standartlar barədə təqdimat nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərən qida sənayesi müəssisələrinə baş çəkib və yerli ənənəvi məhsulların istehsal prosesi, qida məhsullarının təhlükəsizlik və keyfiyyət standartları ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi