Azərbaycan Çində dəmir yolu terminalı ala bilər

Azərbaycan Çində dəmir yolu terminalı ala bilər “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çində terminal almaq yaxud tikmək imkanlarını nəzərdən keçirir.
İnfrastruktur
13 İyun , 2024 12:15
Azərbaycan Çində dəmir yolu terminalı ala bilər

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çində terminal almaq, yaxud tikmək imkanlarını nəzərdən keçirir.

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

"Çin bazarı Azərbaycan üçün prioritetdir. Buna görə də həmin ölkəyə ayırca nümayəndə təyin etməyə qərar vermişik. Hazırda ADY Çin bazarında araşdırma aparır, gələcəkdə ola bilər ki, Çində nümayəndəlik açaq. Daha sonra Çində terminal almağı və yaxud tikməyi düşünürük. Çin bazarına məqsədli şəkildə qatılırıq”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi