Azərbaycan BMT-nin Dəniz hüququ haqqında Konvensiyası ölkələrinin iclasında iştirak edir

Azərbaycan BMT-nin Dəniz hüququ haqqında Konvensiyası ölkələrinin iclasında iştirak edir Tədbirdə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir
İnfrastruktur
12 İyun , 2017 12:38
Azərbaycan BMT-nin Dəniz hüququ haqqında Konvensiyası ölkələrinin iclasında iştirak edir

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Nyu-Yorkda BMT-nin Dəniz hüququ haqqında Konvensiyasının iştirakçı dövlətlərinin XXVII iclası işə başlayıb.

“Report” Dövlət Dəniz Administrasiyasına istinadən xəbər verir ki, iclas iyunun 16-dək davam edəcək. Tədbirdə Azərbaycanı Administrasiyanın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçiləcək, xarici auditorun 2015-2016-cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015-2016-cı illər üçün maliyyə hesabatı, Etimadnamə Komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə baş katibin hesabatı dinləniləcək, rəsmi sənədlərə dair BMT-nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, Katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin XXVI iclasının qərarı əsasında daimi dəvət olunan hökumətlərarası təşklatların siyahısı, BMT-nin okeanlarla iş və Dəniz hüququ sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi