Azərbaycan BMT-nin dəmir yolu və limanlar üzrə işçi qruplarının toplantısında iştirak edir

Azərbaycan BMT-nin dəmir yolu və limanlar üzrə işçi qruplarının toplantısında iştirak edir Banqkokda BMT-nin Trans-Asiya Dəmiryol Şəbəkəsi və Quru Limanlar üzrə işçi qruplarının iclası keçirilir
İnfrastruktur
25 Noyabr , 2015 11:14
Azərbaycan BMT-nin dəmir yolu və limanlar üzrə işçi qruplarının toplantısında iştirak edir

Bakı. 25 noyabr. REPORT.AZ/ Banqkok şəhərində (Tayland) BMT-nin Asiya Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası çərçivəsində Trans-Asiya Dəmiryol Şəbəkəsi ilə əlaqədar yaradılan işçi qrupun IV və Quru Limanlar üzrə işçi qrupunun I iclası keçirilir.

Azərbaycan Nəqliyyat Nazirliyindən "Report"a verilən məlumata görə, müzakirələrdə Asiyada müasir yol şəbəkəsinin perspektivləri, həmçinin getdikcə daha çox aktuallıq kəsb etməyə başlayan quru limanlar vasitəsilə daşımaçılığın mövcud vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılacaq.

İclaslarda Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edir. Tədbirlər noyabrın 26-da yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi