Azərbaycanın avtomobil yollarında elektron tərəzilərin sayının artırılması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Elektron tərəzilərin qurulması nəticəsində bütün yollara nəzarət emtək mümkün olub. Magistral yollarda tərəzilərin quraşdırılması yeni layihədir. Oradan keçən yük maşınların çəkisinin müəyyənləşdirilməsi mümkündür. Artıq 3 nöqtədə bu iş yekunlaşdırılıb. Növbəti il magistral yollarda 31 məntəqədə 51 belə tərəzi quraşdırılması planlaşdırılır. Təəssüf ki, ilk ay ərzində toplanan məlumatlara əsasən deyə bilərik ki hazırda bu tələbləri pozan ağır tonnajlı yük maşınların hərəkəti müşahidə edilir. Daxili İşlər Nazirliyi ilə birlikdə apardığımız mübarizəyə baxmayaraq əlimizdə 10 mindən artıq qayda pozuntusu faktı var. Qanunvericilikdə bu istiqamətdə dəyişiklik təklif edilib. Dəyişikliklər hazırdır və daha ağır cəza metodları hazırlanır. Nə qədər ki, gec deyil bu tip qayda pozuntusuna yol verən sürücülər bundan çəkinsinlır. Bundan sonra qaydaları pozan şəxslərə qarşı daha ağır cəza tədbirləri göreləcək. İlkin olaraq 600 manat cərimə tətbiq ediləcək, daha sonra isə bu cəza tədbirləri daha da sərtləşdiriləcək”, - deyə o qeyd edib.