“Azəravtoyol” son iki ildə 1 701 km avtomobil yolları çəkib və təmir edib

“Azəravtoyol” son iki ildə 1 701 km avtomobil yolları çəkib və təmir edib Bakı. 10 noyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən 2015-ci ildən indiyədək Azərbaycanda 1 701 km uzunluğunda yeni avtomobil yolları çəkilib və təmir olunub.
İnfrastruktur
10 Noyabr , 2017 18:20
“Azəravtoyol” son iki ildə 1 701 km avtomobil yolları çəkib və təmir edib

Bakı. 10 noyabr. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən 2015-ci ildən indiyədək Azərbaycanda 1 701 km uzunluğunda yeni avtomobil yolları çəkilib və təmir olunub.

“Report” xəbər verir ki, bunu qurumun sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 26 yeni yol və prospektin inşası sırf Bakı şəhərinin payına düşüb: “Paytaxtda 8 piyada keçidi tikilib. Eyni zamanda respublika ərazisində 20 yeni körpü və tunel tikilib və təmir olunub”. 

S.Məmmədov həmçinin qeyd edib ki, bu günə qədər Azərbaycanda, ümumilikdə, 11 min km-dən çox yol çəkilib: “Avtomobil yolları əvvəlki illərə nisbətən keyfiyyətini dəyişib”.

Son xəbərlər

Orphus sistemi