"Azəraeronaviqasiya" beynəlxalq tələblərə sadiq olduğunu təsdiqləyib

"Azəraeronaviqasiya" beynəlxalq tələblərə sadiq olduğunu təsdiqləyib "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə cavab verir
İnfrastruktur
8 İyun , 2021 12:16
Azəraeronaviqasiya  beynəlxalq tələblərə sadiq olduğunu  təsdiqləyib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib.

ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın "DQS" şirkəti tərəfindən aparılmışdır. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən Almaniyanın "DFS" aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır.

Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi, bir daha yüksək qiymətləndirmişdir.

Göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri IATA ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olub.

COVID-19 pandemiyası səbəbindən aviasiya sənayesində baş verən böhrana baxmayaraq, "Azəraeronaviqasiya" HHİ mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərib. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edib.

Son xəbərlər

Orphus sistemi