​AZAL yeni endirim aksiyası keçirir

​AZAL yeni endirim aksiyası keçirir Bakı-Minsk-Bakı marşrutuna biletlər ucuzlaşdırılıb
İnfrastruktur
22 Yanvar , 2015 09:48
​AZAL yeni endirim aksiyası keçirir

Bakı. 22 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Minsk-Bakı marşrutu ilə həyata keçirdiyi aviareyslər üzrə xüsusi endirim aksiyasına start verib.

AZAL-dan "Report"a verilən məlumata əsasən, aksiya çərçivəsində Bakı-Minsk-Bakı reysinə biletin qiyməti 315 avroya (287 manat - 22.01.2015 tarixinə rəsmi məzənnə) qədər azaldılıb. Bundan öncə isə biletlər 354 manata satılıb.

Bu gün başlayan aksiya martın 31-dək davam edəcək.

Qeyd edək ki, aksiya çərçivəsində satılan aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmayacaq. Yerlər məhdud olduğuna görə, rəsmiləşdirməni əvvəlcədən aparmaq lazımdır. Bu biletlərlə səfər zamanı maksimal qalma müddəti isə bir ay müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi