AZAL və törəmə şirkəti ötən ay 120 minə yaxın sərnişin daşıyıb

AZAL və törəmə şirkəti ötən ay 120 minə yaxın sərnişin daşıyıb Bu ilin yanvar ayında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 119 min sərnişin daşıyıb.
İnfrastruktur
16 fevral 2022 09:32
AZAL və törəmə şirkəti ötən ay 120 minə yaxın sərnişin daşıyıb

Bu ilin yanvar ayında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 119 min sərnişin daşıyıb.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, bunun 91 mini AZAL-ın özünün, 28 mini isə "Buta Airways"in payına düşüb.

Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 39,1 %-ni və 12,1 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi