AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb

AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Hava Yolları QSC (AZAL) və “Belavia ASC (Belorus) arasında oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalanıb.
İnfrastruktur
19 Oktyabr , 2018 13:15
AZAL və Belavia Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) və “Belavia" ASC (Belorus) arasında oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalanıb. 

"Report" bu barədə AZAL-a istinadən xəbər verir. 

Sazişə əsasən “Belavia” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, AZAL isə marketinq tərəfdaşı qismində çıxış edəcək. Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.

Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.

“Belavia” bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olmuşdur. Əminəm ki, AZAL və “Belavia”nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq", - deyə AZAL-ın nümayəndəsi Cəmil Manizadə qeyd edib.

Minsk-Bakı-Minsk reysinin birgə istimarı haqqında imzalanmış saziş tranzit bazasının genişləndirilməsi, aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin əhəmiyyətli artımını planlaşdırır.

“Biz çoxdankı tərəfdaşımız AZAL-la əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar, həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idisə, indi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”nın birgə reysi Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək", - deyə “Belavia"nın baş direktoru Anatoli Qusarov bildirib.

Sözügedən kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında - Belavia.by və azal.az saytlarında əldə etmək mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi