AZAL Turizm Günü münasibətilə 29 % endirim elan edib

AZAL Turizm Günü münasibətilə 29 % endirim elan edib "Azərbaycan Hava Yolları" QSC (AZAL) sabah ölkədə qeyd olunacaq Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verib.
İnfrastruktur
28 Sentyabr , 2023 17:23
AZAL Turizm Günü münasibətilə 29 % endirim elan edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabah ölkədə qeyd olunacaq Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verib.

"Report" AZAL-a istinadən xəbər verir ki, sentyabrın 29-da bilet alan hər bir sərnişin bütün istiqamətlərdə 29 % endirimdən yararlana biləcək.

Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.

Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Aksiya AZAL-ın çarter və kod-şerinq reyslərinə şamil edilmir.

Son xəbərlər

Orphus sistemi