AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir

AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
İnfrastruktur
18 fevral 2025 11:37
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

"AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk. Yaxın saatlarda təyyarənin Bakıya yola düşməsi gözlənilir", - deyə aviaşirkət bəyan edib.

Son xəbərlər

Orphus sistemi