AZAL Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib

AZAL Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib Azərbaycan şirkəti "Forbes" tərəfindən tərtib edilən reytinqdə 8-ci yeri tutub
İnfrastruktur
16 Fevral , 2017 12:53
AZAL Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib

Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib.

"Report" xəbər verir ki, bunu "Forbes" tərəfindən tərtib edilən reytinq göstərir.

Azərbaycan şirkəti reytinqdə 8-ci yeri tutub.

Rusiyaya uçuşlar həyata keçirən aviaşirkətlər arasında ən yaxşısı "Emirates" olub. Sonrakı yerləri "Belaviya" və Polşanın LOT şirkəti tutub.

Qeyd edək ki, nəşr bu cür siyahını ilk dəfə tərtib edib. Sıralama qiymət-xidmət keyfiyyət nisbətinə əsaslanır.

Son xəbərlər

Orphus sistemi