AZAL prezidenti Misir səfiri ilə görüşüb

AZAL prezidenti Misir səfiri ilə görüşüb “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti (AZAL) Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.
İnfrastruktur
21 May , 2019 13:08
AZAL prezidenti Misir səfiri ilə görüşüb

Azərbaycan Hava Yolları” QSC-nin prezidenti (AZAL) Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

Görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. C.Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd edib. Onun sözlərinə görə, bu ilin il 4 ayında Azərbaycanın hava limanları təxminən 1,5 milyon sərnişinə xidmət göstərib.

AZAL prezidenti həmçinin qeyd edib ki, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin həyata keçirilməsi planlaşdırılır. 

Həmçinin, Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan– Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.

Adel İbrahim Ahmed İbrahim bildirib ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.

Son xəbərlər

Orphus sistemi