AZAL Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər

AZAL Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər Bununla bağlı danışıqlar aparılır
İnfrastruktur
26 Mart , 2018 16:10
AZAL Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər

Bakı. 26 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın vaxtlarda Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiya paytaxtının Vnokovo Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, aviareyslər builki yay mövsümü üçün nəzərdə tutulub.

Məsələ ilə bağlı “Report”a açıqlama verən AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır. 

Son xəbərlər

Orphus sistemi