AZAL-ın təxirə salınan daha iki reysinin sərnişinləri Naxçıvana yola düşüblər

AZAL-ın təxirə salınan daha iki reysinin sərnişinləri Naxçıvana yola düşüblər Ötən gündən “Azərbaycan Hava Yolları”nın təxirə salınan daha iki J2-2153 və J2-263 reyslərinin sərnişinləri Naxçıvana yola düşüblər.
İnfrastruktur
23 iyun 2023 11:13
AZAL-ın təxirə salınan daha iki reysinin sərnişinləri Naxçıvana yola düşüblər

Ötən gündən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təxirə salınan daha iki J2-2153 və J2-263 reysinin sərnişinləri Naxçıvana yola düşüblər.

Bu barədə “Report”a AZAL-dan məlumat verilib.

Bildirilib ki, əlverişli hava şəraiti olduğu təqdirdə aviaşirkət normal fəaliyyətə qayıtmaq üçün bu istiqamət üzrə qısa müddətdə bütün gecikmiş uçuşları gün ərzində yerinə yetirməyi planlaşdırır.

“Gecikmiş reyslərin sərnişinlərindən aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrində və KİV-də izləmələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur”, deyə məlumatda qeyd edilir.

Son xəbərlər

Orphus sistemi