AZAL-ın Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıtmalı olub

AZAL-ın Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıtmalı olub “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
İnfrastruktur
233
6 May , 2022 19:14
AZAL-ın Bakı-Naxçıvan təyyarəsi  tufanla əlaqədar geri qayıtmalı olub

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Son xəbərlər

Orphus sistemi