AZAL ilə “Air Berlin” arasında razılaşma əldə olunub

AZAL ilə “Air Berlin” arasında razılaşma əldə olunub Qiymətlərlə bağlı məlumatları uçuş tarixlərinə əsasən çağrı mərkəzindən əldə etmək mümkündür
İnfrastruktur
29 May , 2015 19:51
AZAL ilə “Air Berlin” arasında razılaşma əldə olunub

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Hava Yolları ilə Almaniyanın “Air Berlin” aviaşirkəti arasında razılaşma əldə olunub.

AZAL-dan “Report”a verilən məlumata görə, xüsusi tarif razılaşmasına əsasən, Berlindən keçərək Almaniyanın Düsseldorf, Nyurenberq, Baden-Baden, Ştutqart, Münhen və s. şəhərlərindən həmçinin Qərbi və Şərqi Avropanın Madrid, Budapeşt, Sürix, Zalsburq, Kopenhagen, Varşava, Krakov, Goteburq şəhərlərindən müxtəlif şəhərlərinə sərfəli qiymətlər ilə səyahət etmək mümkündür. 

Qeyd edək ki, qiymətlərlə bağlı məlumatları uçuş tarixlərinə əsasən çağrı mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi