AZAL Gürcüstanda beşinci oldu

AZAL Gürcüstanda beşinci oldu 2019-cu ildə Gürcüstanın hava limanlarında ən çox reys yerinə yetirən aviaşirkətlərin ilk beşliyi məlum olub.
İnfrastruktur
17 Fevral , 2020 15:47
AZAL Gürcüstanda beşinci oldu

2019-cu ildə Gürcüstanın hava limanlarında ən çox reys yerinə yetirən aviaşirkətlərin ilk beşliyi məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, reytinqi avianews.ge nəşri tərtib edib.

Siyahıya əsasən, 3 307 uçma-enmə reysi yerinə yetirən “Gürcüstan Hava Yolları” şirkəti birinci yeri tutub.

İlk üçlükdə 2 564 reyslə aşağıbüdcəli “Wizz Air” və 2 215 reyslə “Türk Hava Yolları” şirkəti yer alıb.

Dördüncü yerdə isə “Qatar Airways” şirkəti (862 reys) qərarlaşıb. İlk beşliyi 795 reyslə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti bağlayıb. 

Son xəbərlər

Orphus sistemi