AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, reys təxirə salınıb

AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, reys təxirə salınıb Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq
İnfrastruktur
1130
12 İyun , 2021 09:51
AZAL-ın təyyarəsinin mühərrikinə quş girib, reys təxirə salınıb

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

"Report" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

Son xəbərlər

Orphus sistemi