AZAL daha 144 nəfəri Vətənə qaytarıb

AZAL daha 144 nəfəri Vətənə qaytarıb Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.
İnfrastruktur
5 İyun , 2020 17:47
AZAL daha 144 nəfəri Vətənə qaytarıb

Bu gün "Azərbaycan Hava Yolları" QSC  (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, həmin reyslə 144 nəfər ölkə vətəndaşı Vətənə qaytarılıb. Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin Vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi