AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni iştiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
İnfrastruktur
27 Yanvar , 2023 13:13
AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilun mart ayından Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

"Report" AZAL-a istinadən xəbər verir ki, martın 16-dan həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirskə, martın 19-dan isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburqa aviareyslər həyata keçiriləcək.

AZAL-in aşağıbüdcəli törəməsi - “Buta Airways” isə martın 18-dən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Samaraya uçuşlar reallaşdıracaq.

Son xəbərlər

Orphus sistemi