​AZAL Bakı-Gəncə aviareyslərini davam etdirəcək - YENİLƏNİB

​AZAL Bakı-Gəncə aviareyslərini davam etdirəcək - YENİLƏNİB Reyslər hər gün həyata keçiriləcək
İnfrastruktur
19 Noyabr , 2015 17:14
​AZAL Bakı-Gəncə aviareyslərini davam etdirəcək - YENİLƏNİB

İlk xəbər saat 10:21-də verilib

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin qəbul etdiyi yeni qərarla Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşlar həftə boyu hər gün həyətə keçiriləcək.

***

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşları davam etdirəcək.

AZAL-ın mətbuat xidmətindən "Report"a bildirilib ki, bir qədər əvvəl tələbatın aşağı olması səbəbindən bu marşrutla aviareyslərin dayandırılması planlaşdırılsa da, əhalinin müraciətləri nəzərə alınaraq bu günlərdə uçuşların davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bakı-Gəncə-Bakı reysləri "Embraer-170" tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edilib ki, reyslər həftənin III, V və VII günləri yerinə yetiriləcək.

Bu marşrutla bir istiqamətdə aviabiletin qiyməti 30 manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi