​AZAL Bakı-Berlin aviareysini açır

​AZAL Bakı-Berlin aviareysini açır Reyslər çərşənbə və şənbə günləri yerinə yetiriləcək, biletin qiyməti isə 453 manatdır
İnfrastruktur
22 Yanvar , 2015 17:53
​AZAL Bakı-Berlin aviareysini açır

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC mayın 2-dən etibarən Bakı-Berlin-Bakı marşrutu ilə müntəzəm aviareyslərə başlayır.

Turizm şirkətlərindən "Report"a verilən məlumata əsasən, uçuşlar 119 yerlik olan "Airbus-319" təyyarəsi ilə həyata keçiriləcək. Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək, uçuş müddəti isə təxminən 4 saat 30 dəqiqə olacaq.

Qeyd edək ki, Bakı-Berlin-Bakı reysinə aviabiletin qiyməti 453 manatdır (iki tərəfə).

Son xəbərlər

Orphus sistemi