​"Azal" aviaşirkəti yeni güzəşt kampaniyası keçirir

​"Azal" aviaşirkəti yeni güzəşt kampaniyası keçirir Aksiya London, Roma, Milan, Paris, Praqa, Pekin, Tel-Əviv, Təbriz, Tehran və Nyu-York şəhərlərini əhatə edir
İnfrastruktur
23 Sentyabr , 2014 12:28
​Azal aviaşirkəti yeni güzəşt kampaniyası keçirir
Bakı. 23 sentyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (Azal) QSC həyata keçirdiyi bir sıra aviareyslərə xüsusi "Payız güzəştləri" aksiyasına başlayır.

"Azal"dan "Report"a verilən məlumata görə, aksiya çərçivəsində Bakıdan London, Roma, Milan, Paris, Praqa və Pekinə (hər bir şəhərə iki istiqamətdə) aviabiletin qiyməti 480 manat, Tel-Əvivə 405 manat, Təbriz və Tehrana 223 manat, Tiflis üzərindən Nyu-Yorka 673 manat səviyyəsində müəyyən edilib.

Aviabiletlərin satışı oktyabrın 1-dən etibarən 15-dək davam edəcək, uçuş isə noyabrın 1-dən başlayaraq dekabrın 10-dək həyata keçirilməlidir.

Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Gediş və gəliş aviabiletlərinin tarixləri arasında maksimal müddət isə 1 ay ola bilər. 

Son xəbərlər

Orphus sistemi