Məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni yaradılmış şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə “Birləşmiş Sukanal” MMC-nin tabeliyində Kəlbəcər Sukanal İdarəsi yaradılıb. Məcburi köçkün qəsəbəsinin mövcud su təchizatı və kanalizasiya sistemləri yeni yaradılmış qurumun balansına verilib.
“Azərsu” ASC-nin strukturunda Kəlbəcər Sukanal İdarəsi yaradılıb
İnfrastruktur
104
26 Avqust , 2014
18:06


Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində Gəncə şəhərində Kəlbəcər rayonundan olan 14 199 nəfərdən ibarət 4 663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Qəsəbədə içməli su və kanalizasiya şəbəkələri yaradılıb, sakinləri fasiləsiz su ilə təmin etmək üçün qəsəbəyə su xətti çəkilib. Bu barədə “Report”a “Azərsu” ASC-dən məlumat verilib.
Son xəbərlər
