Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb
İnfrastruktur
19 Avqust , 2014
09:14


Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncama əsasən, 3 200 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı-Nabran-Tel avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon manat ayrılıb.
İngilis versiyası
AZN 1.7 million allocated from Azerbaijan President’s reserve fund for Executive Committee of Khachmaz region
Son xəbərlər
