AAYDA: "Şamaxıda avtomobil yolunda qeydə alınan yuyulmanın nəticələri aradan qaldırılır"

AAYDA: "Şamaxıda avtomobil yolunda qeydə alınan yuyulmanın nəticələri aradan qaldırılır" Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.
İnfrastruktur
13 Yanvar , 2022 14:16
AAYDA: Şamaxıda avtomobil yolunda qeydə alınan yuyulmanın nəticələri aradan qaldırılır

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.

“Report” bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.

Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi