Aydın Kərimov: "Bir neçə ilə Şuşada küçə infrastrukturu tam hazır olacaq"

Aydın Kərimov: "Bir neçə ilə Şuşada küçə infrastrukturu tam hazır olacaq" Növbəti bir neçə il ərzində Şuşa şəhərində bütün küçələrdə infrastruktur tam hazır olacaq.
İnfrastruktur
30 sentyabr 2023 08:16
Aydın Kərimov: Bir neçə ilə Şuşada küçə infrastrukturu tam hazır olacaq

Növbəti bir neçə il ərzində Şuşa şəhərində bütün küçələrdə infrastruktur tam hazır olacaq.

"Report" xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Şuşada dayanıqlı enerji təchizatı, su təchizatı, istixanalarla təmin olunma yönündə işlər aparılıb. Bütün küçələrdə yeraltı suların çıxarılması, qaz kəmərlərinin çəkilməsi, yeraltı elektrik kabellərinin uzadılması işləri həyata keçirmişik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi