Bu gün axşam saatlarından paytaxtın mərkəzində xətlənmə işləri aparılacaq

Bu gün axşam saatlarından paytaxtın mərkəzində xətlənmə işləri aparılacaq İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək
İnfrastruktur
19 Aprel , 2019 15:43
Bu gün axşam saatlarından paytaxtın mərkəzində xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq. 

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi