Bakının bir sıra mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq

Bakının bir sıra mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq ​Axşam bir sıra mərkəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur
11 Aprel , 2019 12:43
Bakının bir sıra mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq
0 : 00
0 : 00

R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, ümumilikdə Bakı şəhəri ərazisində 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi