Avtomobil Yolları Dövlət Agentliyi balans göstəricilərini açıqlayıb

Avtomobil Yolları Dövlət Agentliyi balans göstəricilərini açıqlayıb Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında ümumi istifadədə olan 17 543 km uzunluqda avtomobil yolu və 1 316 ədəd körpü var
İnfrastruktur
117
22 Fevral , 2021 10:28
Avtomobil Yolları Dövlət Agentliyi balans göstəricilərini açıqlayıb

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında ümumi istifadədə olan 17 543 km uzunluqda avtomobil yolu və 1 316 ədəd körpü var.

“Report” xəbər verir ki, bu barədə qurumun 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, avtomobil yollarının 4 385 km-i respublika, 13 158 km-i isə yerli əhəmiyyətlidir. Bu yollara Qarabağ ərazisindəki 2 661 km yol da daxildir. İşğaldan azad edilmiş ərazilərdəki körpülərin sayı isə 90-dır.

Son xəbərlər

Orphus sistemi