Avtobuslarda "sosial məsafə"nin pozulmaması üçün nə edilməlidir?

Avtobuslarda "sosial məsafə"nin pozulmaması üçün nə edilməlidir? Sürücünün əsas vəzifəsi yol hərəkəti qaydalarına və təhlükəsizliyinə diqqət etməkdir. Onun avtobusu saxlayaraq sərnişinə sosial məsafəni qorumaq barədə məlumatlar verməsi və ya qapını bağlayıb vətəndaşları içəri buraxmaması xoşa gəlməyən, mənfi hallar yaradır.
İnfrastruktur
4 May , 2020 19:26
Avtobuslarda sosial məsafənin pozulmaması üçün nə edilməlidir?

"Sürücünün əsas vəzifəsi yol hərəkəti qaydalarına və təhlükəsizliyinə diqqət etməkdir. Onun avtobusu saxlayaraq sərnişinə sosial məsafəni qorumaq barədə məlumatlar verməsi və ya qapını bağlayıb vətəndaşları içəri buraxmaması xoşa gəlməyən, mənfi hallar yaradır". 

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. 

"Təklif edirəm ki, vətəndaşların bir-birinə qarşı olan sosial məsuliyyətini qabardaraq avtobuslarda sosial məsafənin pozulmasının qarşısını alaq. Biz hər avtobusa bir polis əməkdaşı qoya bilmərik. Onsuz da, hökumətin bütün strukturları bütün gücü ilə işləyirlər. Məncə, burada vətəndaş-sərnişin məsuliyyətini dərk edib o istiqamətdə hərəkət etməliyik", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi