Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO

Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.
İnfrastruktur
8 Mart , 2020 13:12
Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

"Report" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, son bir həftə ərzində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda (ümumilikdə 2 100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.

İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.

Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Bununla yanaşı, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələrini xahiş edilir. ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi