Avropanın ən böyük infrastruktur layihəsi həyata keçiriləcək

Avropanın ən böyük infrastruktur layihəsi həyata keçiriləcək Böyük Britaniya müxalifətinin narazılığına və yüksək borclanmaya baxmayaraq, paytaxt Londonu ölkənin şimalı ilə birləşdirəcək yüksək sürətli dəmiryolu xətti inşa ediləcək.
İnfrastruktur
233
11 Fevral , 2020 12:10
Avropanın ən böyük infrastruktur layihəsi həyata keçiriləcək

Böyük Britaniya müxalifətinin narazılığına və yüksək borclanmaya baxmayaraq, paytaxt Londonu ölkənin şimalı ilə birləşdirəcək yüksək sürətli dəmiryolu xətti inşa ediləcək. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu baş nazir Boris Conson bildirib. 

Onun sözlərinə görə, bu, Avropanın ən böyük infrastruktur layihəsi olacaq. Onun reallaşdırılması hökumətə 100 milyard funt sterlinqə (təxminən, 129 milyard ABŞ dolları) başa gələcək. Dəmir yolu xətti 2031-ci ildə istismara veriləcək. Bununla da həm yeni iş yerləri yaradılacaq, səyahət müddəti qısalacaq, İngiltərənin şimal və mərkəzi bölgələri daha zəngin olan cənubla birləşəcək.

Son xəbərlər

Orphus sistemi