Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 14% azalıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 14% azalıb Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük dövriyyəsi 8% azalıb
İnfrastruktur
10 Avqust , 2020 12:49
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 14% azalıb

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 21 mln 687,1 min ton, yük dövriyyəsi isə 4 mlrd 877,8 mln ton/km olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,7% və 8% azdır.

Məlumata görə, yüklərin 12 mln 590,7 min tonu və ya 58,1% avtomobil nəqliyyatı, 6 mln 515,1 min tonu və ya 30% dəmir yolu nəqliyyatı, 2 mln 581,3 min tonu və ya 11,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20%-ni və ya 4 mln 332 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi