Avropa Komissiyasının nəqliyyat üzrə baş direktoru: "BTQ Azərbaycanı mühüm nəqliyyat habına çevirir"

Avropa Komissiyasının nəqliyyat üzrə baş direktoru: "BTQ Azərbaycanı mühüm nəqliyyat habına çevirir" Henrik Hololey: "BTQ Avropa və Asiya arasında mühüm əlaqədir"
İnfrastruktur
30 Yanvar , 2018 17:42
Avropa Komissiyasının nəqliyyat üzrə baş direktoru: BTQ Azərbaycanı mühüm nəqliyyat habına çevirir

Bakı. 30 yanvar. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu xətti çox əhəmiyyətli nəqliyyat dəhlizidir və o, Azərbaycanı mühüm nəqliyyat habına çevirir".

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) baş direktoru Henrik Hololey Bakıda brifinqdə deyib.

Onun sözlərinə görə, BTQ Avropa və Asiya arasında mühüm əlaqədir.

H.Hololey qeyd edib ki, Bakıya son dəfə 2011-ci ildə səfər edib və geridə qalan bu müddətdə ölkə, xüsusilə də nəqliyyat sektoru sürətlə inkişaf edir.

Avropa Komissiyasının baş direktorluğunun rəhbəri Bakıya ikigünlük səfəri zamanı bir sıra, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdiyini və bu görüşlərdə Avropa Komissiyası və Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığı necə intensivləşdirə biləcəyi məsələsinin müzakirə edildiyini vurğulayıb.

Onun sözlərinə görə, görüşlərin yekununda nəqliyyat sektorunda illik strukturlaşdırılmış dialoq qurmaq barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi