Avropa İttifaqı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası müzakirə edilib

Avropa İttifaqı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası müzakirə edilib Avropa İttifaqı ilə Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası və İKT üzrə mütəxəssislərin hazırlanmasını müzakirə edilib.
İnfrastruktur
23 yanvar 2023 13:42
Avropa İttifaqı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası müzakirə edilib

Avropa İttifaqı ilə Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası və İKT üzrə mütəxəssislərin hazırlanmasını müzakirə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüş keçirib: "Görüşlər zamanı nəqliyyat və rəqəmsal inkişaf sahələrində cari və perspektiv əməkdaşlıq məsələlərini müzakirə etdik. Orta Dəhlizin inkişafı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası və İKT üzrə mütəxəssislərin hazırlanması haqqında danışdıq".

Son xəbərlər

Orphus sistemi