Bakı. 9 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycanda regionların inkişafına və dövlət idarəçiliyi qurumlarının institusional potensialının qüvvətləndirilməsinə dəstək verəcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəlikdən "Report"a verilən məlumatına görə, cəmi büdcəsi 25 milyon avro olan 2 Maliyyələşdirmə Sazişi qüvvəyə minib.
Saziş əsasında, 10 milyon avro kənd yerlərinin və regionların inkişafının dəstəklənməsinə yönələcək, 15 milyon isə Azərbaycanda seçilmiş dövlət idarəçiliyi qurumlarının institusional potensialının qüvvətləndirilməsinə sərf olunacaq.