Avropa Dəniz Təhlükəsizliyi Təşkilatı ADDA-da təftiş aparıb

Avropa Dəniz Təhlükəsizliyi Təşkilatı ADDA-da təftiş aparıb Bakı. 29 oktyabr. REPORT.AZ/ Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (ADTA) mütəxəssisləri oktyabrın 24-25-də Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik təhsili və sertifikatlandırma sisteminin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə təftiş aparıblar.
İnfrastruktur
1860
29 Oktyabr , 2018 12:10
Avropa Dəniz Təhlükəsizliyi Təşkilatı ADDA-da təftiş aparıb
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (ADTA) mütəxəssisləri oktyabrın 24-25-də Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik təhsili və sertifikatlandırma sisteminin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə təftiş aparıblar.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən “Report”a verilən məlumata görə, qonaqlar əvvəlcə akademiyanın rektoru Çingiz Əliyevlə görüşərək təftiş proseduru barədə məlumat veriblər. Bildiriblər ki, ADDA-da Keyfiyyətin menecmenti sistemi, müvafiq siyasət və məqsədlər, səlahiyyət və məsuliyyətlər, resursların idarə edilməsi, dövlət akkreditasiyası, təhsil və təlim üzrə tətbiq olunan milli qaydalar və sair bu kimi məsələlər təftiş obyekti olacaq.

Ç.Əliyev öz növbəsində Dəniz Akademiyasında tədrisin təşkili, beynəlxalq standartlara uyğunluq istiqamətində görülən işlər, AXDG-nin rəhbərliyinin bilavasitə dəstəyi ilə alınan ən müasir trenajor və simulyatorlar, tədris gəmisi haqqında ətraflı danışıb.

Görüşdən sonra ADTA-nın mütəxəssisləri akademiyanın maddi-texniki bazası ilə yaxından tanış olublar, bütün struktur bölmələrin müvafiq sənədlərini yoxlayıblar.

Agentliyin mütəxəssisləri ADDA-nın Təlim-Tədris Mərkəzində də olublar. Mərkəzin direktoru Emil Manafov qonaqları trenajor və simulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları ilə tanış edib, onların suallarına cavab verib. Emil Manafov qeyd edib ki, TTM ölkəmizdə DP kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı təfərindən akkreditasiya olnunmuş yeganə Təlim-Tədris Mərkəzidir.

Qonaqlar ADDA-nın maddi-texniki bazasının səviyyəsindən razı qaldıqlarını bildiriblər, Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğu istiqamətində tövsiyələrini veriblər.

Son xəbərlər

Orphus sistemi