​Avropa İnvestisiya Bankı Ukraynaya 400 mln. avro kredit ayırıb

​Avropa İnvestisiya Bankı Ukraynaya 400 mln. avro kredit ayırıb Bu layihə su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsinə kömək edəcək
İnfrastruktur
9 İyul , 2015 17:50
​Avropa İnvestisiya Bankı Ukraynaya 400 mln. avro kredit ayırıb

Bakı. 9 iyul. REPORT.AZ/ Avropa İnvestisiya Bankı (EIB) Ukraynada bələdiyyə infrastrukturunun inkişaf etdirilməsi üçün 400 mln. avro kredit ayırıb. "Report" Ukraynanın Regional İnkişaf, İnşaat və Kommunal Təsərrüfat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar iyulun 8-də Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Açıqlamada deyilir ki, bu layihə enerji səmərəliliyinin artırılmasına və itkilərin azaldılmasına, istixana qazlarının həcminin azaldılmasına, su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi