ASCO Vətən müharibəsi iştirakçılarının xatirəsinə kitab hazırlayıb

ASCO Vətən müharibəsi iştirakçılarının xatirəsinə kitab hazırlayıb "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti “Hər biri qəhrəmandır” adlı kitab hazırlayıb.
İnfrastruktur
12 Noyabr , 2021 09:58
ASCO Vətən müharibəsi iştirakçılarının xatirəsinə kitab hazırlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamenti “Hər biri qəhrəmandır” adlı kitab hazırlayıb.

"Report" xəbər verir ki, kitab Vətən müharibəsi günlərində dənizçi geyimini əsgər və ya zabit forması ilə əvəz edən - müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün canından və qanından keçənlər və keçməyə hazır olan dənizçilər haqqındadır.

Əsər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qələbə və şəhidlər haqqında dəyərli fikirləri ilə açılır.

“Ön söz əvəzi” adlı yazı Qələbənin dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan, əzəli və əbədi torpaqlarımızın yağı tapdağından xilas edilməsinə cəsur, qorxmaz dənizçilərimizin könüllü qoşulmasından bəhs edir.

Kitabın ilk –“Vətən candan şirindir” bölməsində müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən 9 qəhrəman dənizçinin qısa, lakin çox şərəfli həyatı ilə tanış ola bilərsiniz.

Kitabın “Düşmənə qan udduran dənizçilər” bölməsində ASCO-da çalışan və 44 günlük haqq savaşımızda yağını yurdumuza soxulduğuna peşman edən, müqəddəs bayrağımızı eməni işğalından azad etdikləri yaşayış məskənlərimizdə iftixarla dalğalandıran igidlərimizin hünərindən söhbət açılır.

“Öncə Vətən!”-dedilər” bölməsində Azərbaycan Dövlət Dəniz Akademiyasının, ”Əvvəl Zəfər, sonra səfər!” bölməsində isə Azərbaycan Dənizçilik Kollecinin məzunları və ya bu təhsil ocaqlarında oxuyan igid gənclərimizlə yaxından tanış olmaq mümkündür.

Bir sözlə, Dənizçi şəhidlər, Dənizçi qazilər və Dənizçi müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı arzusunda olduğumuz Zəfəri ölümün gözünə dik baxmaq cəsarətləri ilə bizə ərmağan edən, bu Zəfərlə bizə başucalığı, Yurdumuza şərəf gətirən dənizçilərin şücaətini unutmamaq, gələcək nəslə çatdırmaq kimi xoş bir niyyətlə qələmə alınıb.

Son xəbərlər

Orphus sistemi