ASCO və "Columbia Shipmanagement" birgə müəssisə yaradır

ASCO və "Columbia Shipmanagement" birgə müəssisə yaradır Bakı. 24 oktyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır.
İnfrastruktur
24 Oktyabr , 2018 09:05
ASCO və Columbia Shipmanagement birgə müəssisə yaradır

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır. 

Bu barədə "Report"a Gəmiçilikdən bildirilib. 

Məlumata görə, bununla bağlı qurumun sədri Rauf Vəliyev və “Columbia Shipmanagement”in direktoru Henrix Şüller arasında anlaşma memorandumu imzalanıb.

Yeni birgə müəssisə vasitəsilə ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Belə ki, müəssisə beynəlxalq sularda böyük həcmli tankerlərin istismarı ilə bağlı təcrübə mübadiləsi, ASCO-nun dənizçilərinə və ofis heyətinə təlimlərin keçirilməsi və yeni xarici layihələrdə Gəmiçiliyin iştirakının təmin edilməsi üçün əsaslı zəmin yaradacaq.

Tərəflər arasında birgə müəssisənin yaradılması üçün danışıqların davam etdirilməsi, tələb olunan texniki-iqtisadi sənədlərin hazırlanması ilə bağlı razılıq əldə ediliblər.

Qeyd edək ki, ASCO və “Columbia Shipmanagement” arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Elə bu əməkdaşlığın nəticəsi olaraq hazırda ASCO-nun dənizçiləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə keçirlər. Birgə həyata keçirilən bu layihədən Gəmiçiliyin il ərzində ümumilikdə 20-dən çox dənizçisi faydalanacaq.

Son xəbərlər

Orphus sistemi