ASCO onlayn keçirilən beynəlxalq konfransda təmsil olunub

ASCO onlayn keçirilən beynəlxalq konfransda təmsil olunub “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatının təşkil etdiyi onlayn konfransa qatılıb.
İnfrastruktur
900
21 Sentyabr , 2020 16:48
ASCO onlayn keçirilən beynəlxalq konfransda təmsil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatının təşkil etdiyi onlayn konfransa qatılıb.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən konfrans Dinamik Mövqe Saxlama üzrə təlimlərə həsr olunub. Tədbirdə təlimlərin təşkili zamanı yeni metodların tətbiqindən danışılıb, tədris proqramları, pandemiya ilə əlaqədar təlim prosesində ortaya çıxan problemlər müzakirə edilib.

Konfransda dənizçilik sahəsində fəaliyyət göstərən təcrübəli mütəxəssislər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin burada təcrübə mübadiləsi aparmaq üçün əlverişli şərait yaranıb.

2017-ci ildə “The Nautical Institute” təşkilatı ASCO-nun Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 85 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.

Son xəbərlər

Orphus sistemi